Bakı – 18 Noyabr 2023
November 10, 2023Peşələr Festivalı bu dəfə Naxçıvan şəhər sakinlərinin qonağı olub
November 12, 2023Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində baş tutub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyindən Pənah Mehdiyev, Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Agentliyin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Festival şəhərdə böyük marağa səbəb olduğu, Ordubadda ilk dəfə belə bir tədbirin keçirilməsi yüksək qiymətləndirilib. Tədbirdə Naxçıvanda sosial təminat sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, gənclərin düzgün peşələrə istiqamətləndirilməsində və gələcəyin peşələri ilə tanış olmasında Festivalın mühüm rol oynadığı qeyd edilib.Daha donra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Növbəti festival 11 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçiriləcək.