Yeniliklər
Peşələr Festivalına Quba rayonunda start verildi
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
A.Əliyev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini gənclərin peşəyönümü tədbirləri ilə əhatə olunması üçün həyata keçirilən dəstək tədbirlərini qeyd edib.
Həmçinin işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb. Növbəti Peşələr Festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb.
Ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbirin gənclər arasında böyük marağa səbəb olduğu qeyd edilib.
Peşələr Fetivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.
İqtisadiyyat.az xəbər verir ki, Festivalda Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub.
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, dövlət və özəl sektorun nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
H.Abdullayev ölkəmizdə əhalinin məşğulluğunun və aktiv məşğulluq tədbirlərinin təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Yeniyetmə və gənclərin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.
Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Peşələr Festivalı Şəmkirdə davam edib.
İqtisadiyyat.az xəbər verir ki, “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Anar Əliyev son dövrdə həyata keçirilən sosial islahatlar barədə məlumat verib, xüsusilə gənclərin əmək bazarına hazırlanması üçün ciddi işlərin görüldüyünü, Peşələr Festivalın da bu istiqamətdə önəmli tədbirlərdən biri olduğunu bildirib.
Daha sonra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət edib, gənclərə öz tövsiyələrini veriblər.
Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.
Peşələr Festivalı bu dəfə Salyanda baş tutub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Salyan rayonunda marağa səbəb olub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Festivalın rayonda böyük marağa səbəb olduğu, gənclərin yeni peşələr barədə məlumatlandırılmasında önəmli tədbirlərdən biri olduğu bildirilib.
Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, müxtəlif peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Peşələr Festivalı ilk dəfə qədim diyar Ordubadda baş tutub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində baş tutub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyindən Pənah Mehdiyev, Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Agentliyin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Festival şəhərdə böyük marağa səbəb olduğu, Ordubadda ilk dəfə belə bir tədbirin keçirilməsi yüksək qiymətləndirilib. Tədbirdə Naxçıvanda sosial təminat sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, gənclərin düzgün peşələrə istiqamətləndirilməsində və gələcəyin peşələri ilə tanış olmasında Festivalın mühüm rol oynadığı qeyd edilib.Daha donra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Növbəti festival 11 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçiriləcək.
Peşələr Festivalı bu dəfə Naxçıvan şəhər sakinlərinin qonağı olub
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyindən Pənah Mehdiyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Naxçıvan sakinləri tərəfindən böyük maraqla qarşılanan tədbirə 8 minə yaxın şəxs qatılıb.
Tədbirdə çıxış edən A. Kərimov ötən il də uğurla baş tutan Festivalın gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini, düzgün peşə seçiminin, gələcəyin peşələri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini qeyd edib.Festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumatlar da verilir.Festivalın sonunda iştirakçılar arasında lotoreya təşkil olunub, qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.
Növbəti festival 14 noyabr 2023-cü il tarixində Cəlilabadda keçiriləcək.
Cəlilabadda Peşələr Festivalı keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin müxtəlif rayon və şəhərlərində müasir əmək bazarında aktual olan peşə və ixtisasların tanıtım və təbliğatı məqsədilə Peşələr Festivalı keçirilir. Festivalın keçirilməsində əsas məqsəd vətəndaşların diqqətini peşəyönümlü məsləhət xidmətinə cəlb etmək, müasir əmək bazarında mövcud olan peşələrin təbliğatını aparmaqdır.
Peşələr Festivalının növbəti dayanacağı Cəlilabad rayonu olub. Noyabrın 14-ü Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçirilən festivalda rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmallədin Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, keçirilən festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində faydalana biləcəklər. Həmçinin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.
Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, UI/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf-videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Peşələr Festivalının növbəti ünvanı Sabirabad olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Sabirabad olub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, dövlət və özəl qurumların nümayəndələri, məktəblilər, tələbə və gənclər iştirak edib.
Festival rayonda böyük marağa səbəb olub və tədbirə 14 minə yaxın şəxs qatılıb. Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Festival çərcivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.
Bundan başqa, festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.