"Peşəni Peşəkardan soruş!"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə Peşələr Festivalı keçiriləcək.

Bu dəfə “Peşəni peşəkardan soruş!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçiminə dair  məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər  yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək.İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə edəcək.