Peşələr Festivalı Şəmkirdə davam edib.
November 8, 2023Şəmkir – 03 noyabr 2023
November 10, 2023Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Salyan rayonunda marağa səbəb olub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Festivalın rayonda böyük marağa səbəb olduğu, gənclərin yeni peşələr barədə məlumatlandırılmasında önəmli tədbirlərdən biri olduğu bildirilib.
Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, müxtəlif peşələr üzrə ekspertlərlə söhbət ediblər.