Zaqatala- 01 Noyabr 2023
November 1, 2023Peşələr Fetivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.
November 8, 2023Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
A.Əliyev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini gənclərin peşəyönümü tədbirləri ilə əhatə olunması üçün həyata keçirilən dəstək tədbirlərini qeyd edib.
Həmçinin işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb. Növbəti Peşələr Festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb.
Ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbirin gənclər arasında böyük marağa səbəb olduğu qeyd edilib.